
Azərbaycanın Baş Prokurorluğu Gürcüstanın Baş Prokurorluğundan vəsatət daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən
Modern.az-a verilən məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Baş Prokurorluğu tərəfindən guya həmin ölkənin sabiq baş naziri barəsində aparılan araşdırmalarla əlaqədar hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prokurorluğuna vəsatətin göndərilməsi barədə məlumatlar yayılıb. “Bununla əlaqədar bildiririk ki, həmin informasiyalar həqiqəti əks etdirmir və qeyd edilənlərlə bağlı hüquqi yardımın göstərilməsinə dair Azərbaycan tərəfinə hər hansı bir sorğu və ya vəsatət daxil olmamışdır.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha tövsiyə edilir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənməyən sensasiya xatirinə yazılmış məlumatların düzgünlüyünü həmin məlumatları dərc etməzdən əvvəl aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər”.
Modern.az