Modern.az

“Gəzi” olayları Türkiyəyə 54 milyon ziyan vurub

“Gəzi” olayları Türkiyəyə 54 milyon ziyan vurub

19 İyun 2013, 20:11


Türkiyədə günlərdir davam edən “Gəzi” aksiyaları ölkə büdcəsinə küllü miqdarda ziyan vurub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, 21 gün davam edən aksiyalarda ən çox ziyan Türkiyənin turizm sektoruna dəyib.

Türkiyənin Turizm nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki,  etiraz aksiyalarına görə, 215 mindən çox turist Türkiyəyə səfəri təxirə salıb.  İlkin ehtimallara görə ümumilikdə aksiyalara görə Türkiyəyə 54 milyon 697 min 769 avro maddi ziyan dəyib.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama