Belarusda tələbələrə hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsinin ləğvi müzakirə edilir.
Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bu təklifi universitetlərin rektorları ilə görüşü zamanı Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç səsləndirib.
"Bir ali təhsil müəssisəsinə daxil olub, sonra tədrisə başlamadan xidmətə gedən gənclər 1 il xidmət etdikdən sonra yetkin şəkildə qayıdıb təhsilini davam etdirəndə universitetə də, qızlara da başqa cür baxacaqlar", - Volfoviç bildirib.
O, rektorlara mövzu ilə bağlı variantlar hazırlamağı tapşırıb.