Ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşdiyini bildirib:
"Problemlə bağlı məsələlər öz həllini tapmır. Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır?".