Modern.az

Rusiya və Ermənistanı birləşdirən yol yenə BAĞLANDI

Rusiya və Ermənistanı birləşdirən yol yenə BAĞLANDI

11 Aprel 2023, 11:58

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu avtomobillər üçün bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

 

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI