Modern.az

İсtimai Palatada QALMAQAL - Zəfər Quliyev: “Vidadi Mirkamalla mübahisəmiz düşdü”

İсtimai Palatada QALMAQAL - Zəfər Quliyev: “Vidadi Mirkamalla mübahisəmiz düşdü”

19 İyun 2013, 23:03


İctimai Palatanın Koordinasiya Şurasının iyunun 19-da keçirilən iclasında qurum üzvləri Zəfər Quliyevlə Vidadi Mirkamal arasında dava düşməsi haqda məlumatlar yayılıb.

Yayılan xəbərlərə görə, İP-in iclasında Milli Şura ilə bağlı müzakirələrdə sözləri çəp gələn müxalifətçilərin mübahisəsi əlbəyaxa davaya çevrilib.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı politoloq Zəfər Quliyevlə əlaqə saxlayıb.

V.Mirkamalla aralarında davanın düşmədiyini deyən Z.Quliyev sadəcə mübahisə etdiklərini deyib.

“Aramızda adi mübahisə olub, dava-filan olmayıb. Belə mübahisələr də bizim iclaslarda daimi baş verir” -deyə Z.Quliyev haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama