"Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı qərar son anda veriləcək".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Əgər kimsə düşünürsə ki, bizim yalnız 1 variantımız var, yanılır. 3 variant belə kifayət deyil", - o bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Pentaqonun “məxfi sənədlər”inin sızmasına da münasibət bildirib. “Xüsusi xidmət orqanları məxfi sənədlərə gəldikdə daha ayıq olmalıdır”, - Danilov əlavə edib.