Modern.az

Bakıdakı İran bankının gəliri 2.3 dəfə ARTIB

Bakıdakı İran bankının gəliri 2.3 dəfə ARTIB

11 Aprel 2023, 12:52

Bank Melli İran Bakı filialı 2023-cü ilin 1-ci rübünü 621 min 285 manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 268 min 800 manat xalis mənfəət ilə bağlamışdı.


Modern.az "Marja"ya istinadən xəbər verir ki, Bank Melli İran Bakı filialının xalis mənfəəti 2,3 dəfə artıb.

 

2022-ci ilin ilk 3 ayı ərzində (yanvar-mart) Filialın faiz gəlirləri 913 min 64 manat ikən, 2023-cü ilin ilk 3 ayında 797 min 853 manata düşüb. Bankın haqq və komissiya gəlirləri isə 29 min 725 manatdan 30 min 731 manata yüksəlib.

 

Məlumata görə, 2022-ci ilin yanvar-mart dövründə Bank Melli İran Bakı filialının xarici valyuta əməliyyatları üzrə gəlirləri 39 min 840 manat ikən, 2023-cü ilin ilk rübündə 113 min 655 manat təşkil edib (2,9 dəfə artıb).

 

Bank Melli İran Bakı Filialı 1993-cü ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir. “Bank Melli İran”ın 100%-i olmaqla səhmdarı İran İslam Respublikasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi