Modern.az

İkinci səfərbərlik başlayır? - Peskov sualları cavablandırdı

İkinci səfərbərlik başlayır? - Peskov sualları cavablandırdı

Dünya

11 Aprel 2023, 13:50

"Hərbi qeydiyyat sistemi başa düşülən, sürətli və məlumatlı olmalıdır. Rusiya Federasiyasında ikinci səfərbərlik dalğası yoxdur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Hərbi qulluqçuların vahid reyestrinə və elektron gündəliyə dair müzakirə edilən dəyişikliklər səfərbərliklə bağlı deyil, hərbi qeydiyyatla bağlıdır. Hərbi qeydiyyat sisteminin rəqəmsallaşdırılmasına ehtiyac var. Təkmilləşdirilməli və dövrün tələbləri ilə ayaqlaşmalıdır", - sözçü bəyan edib.

 

"Akkuyu Atom Elektrik Stansiyasına yanacaq doldurma mərasimində Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi barədə Kreml daha sonra məlumat verəcək. Süni intellektin istifadəsi genişləndikcə bu sahənin tənzimlənməsinə ehtiyac yaranacaq. Süni intellekt sahəsinin tənzimlənməsi məsələlərini həll edərkən onun inkişafına mane olan qərarların qəbul edilməməsi vacibdir", - deyə Peskov əlavə edib.

 

Yaponiya Xarici İşlər Nazirliyinin adaların qanunsuz işğalı ilə bağlı bəyanatına cavab olaraq Peskov söyləyib ki, Kuril adaları Rusiya Federasiyasının tərkib hissəsidir.

 

"Amerika Birləşmiş Ştatları jurnalist Evan Gerşkoviçi müdafiə edə bilər, amma onun cəzasına məhkəmə qərar verəcək", - Kreml rəsmisi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI