Modern.az

Sabir Rüstəmxanlının uğurlu beşliyi – “O indi nə yazır?”

Sabir Rüstəmxanlının uğurlu beşliyi – “O indi nə yazır?”

20 İyun 2013, 09:49

Modern.az-ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı xalq  şairi, millət vəkili , ictimai-xadim Sabir Rüstəmxanlıdır. Həmişə məhsuldar yaradıcılığı ilə seçilən Sabir Rüstəmxanlı indi də öz ənənəsinə sadiqdir. Xalq şairi hazırkı yaradıcılığı ilə bağlı Modern.az-a danışır:
“Son bir il yaradıcılıq taleyi baxımından mənim üçün uğurlu bir ildir. “Əbədi sevda” adlı irihəcimli şeirlər kitabım nəşr olunub. Təqdimatı da keçirilib, haqqında xeyli yazılar da yazılıb. Kitab əsasən son illərdə yazılan şeirlərdən ibarətdir. “Ölüm zirvəsi“ adlı kitabım isə çox tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Azər Mustafazadə tərəfindən rus dilinə tərcümə olunub və xüsusi kitab şəklində nəşr olunub.

Daha bir kitabım Londonda ingilis dilində oxuculara çatdırılıb. “Göy Tanrı“ romanımın birinci hissəsi Almaniyada alman dilində buraxılıb. İkinci hissəsi isə uyğur dilinə tərcümə edilməlidir. “Göy Tanrı” Türkiyədə 4 dəfə nəşr olunub. “Difai fədailəri” kitabımın da Türkiyədə nəşri gözlənilir. Bir ildə beş müxtəlif dildə, beş müxtəlif ölkədə kitablarım nəşr olunub. Ölkəmizdə də bir şeirlər kitabı çapdan çıxıb. Hazırda iki kitab üzərində işləyirəm. Biri publisistik kitabdır və onu çapa verməyə hazırlaşıram, digəri isə şeirlər kitabıdır. “Qanun” nəşriyyatı onu çap etməyə hazırlaşır. Əvvəlki kitablarımı yenidən çapa vermək istəyirəm. “Atamın yurdu”, “Difai fədailəri”, təkrar çap olunub. Üzərində işlədiyim iki başqa kitab da var ki, inşallah onlar  çap olunanda haqqında məlumat verəcəyəm.

  Elmin Nuri  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama