“Cənab prezidentin məni “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsinə çox sevindim”.
Bunu Modern.az-a deputat Aqil Abbas bu gün Prezident tərəfindən təltif olunmasına münasibət bildirərkən deyib.
Parlamentari dövlət başçısına onun əməyini yüksək qiymətləndirdiyinə görə minnətdar olduğunu bildirib:
“Cənab Prezident əməyimə qiymət verir. Ona təşəkkür edirəm, sağ olsun. Əslində, cənab prezident Qarabağı işğaldan azad etməklə mənə, nəslimə, ailəmə və bütün qarabağlılara bundan da böyük mükafat verib. Düşünürəm ki, elə ən böyük mükafat budur”.
Aqil Abbas vurğulayıb ki, yeni ordeni onun qarşısında daha böyük məsuliyyət qoyur: “Orden bundan sonrakı fəaliyyətimdə daha məsuliyyətli olmağımı şərtləndirəcək. Dövlətçiliyə və millətə daha da artıq məsuliyyətlə qulluq edəcəyəm”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə deputat Aqil Abbas 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.