Gürcüstan vətəndaşlarının yarıdan çoxu heç bir siyasi qüvvəyə inanmır.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin müxalifəti təmsil edən deputatı Xatia Dekanoidze məlumat verib.
“Əhalinin 61%-i heç bir partiyaya, o cümlədən, müxalifətə inanmır. Ona görə də bizdə belə dalğalanmalar var. Səhər bir şey deyirik, axşam başqa şey. Düşünürəm ki, bu hekayə çox kədərlidir”, - deyə Dekanoidze ölkədəki siyasi mühitdən narazılığını ifadə edib.