Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəyannaməsinin və deputatlığa namizədlərinin təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Mətbuatda yayılan fotolardan görünür ki, nazirlər mərasimin keçirildiyi ünvana yerli istehsal olan "Togg" avtomobilləri ilə gəliblər.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “TOGG” Azərbaycan Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.