Türkiyə prezidenti, qarşıdakı seçkilərdə prezidentliyə yenidən namizəd olan Rəcəb Tayyib Ərdoğan partiyasının seçki platformasını ictimaiyyətə təqdim edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seçiləcəyi təqdirdə həyata keçirəcəyi tədbirləri elan edib.
Partiyanın seçki platforması ümumilikdə 486 səhifəlik sənəddir. Burada həyatın ən müxtəlif sahələrini əhatə edən seçki vədləri öz əksini tapıb.
Ərdoğan çıxışı zamanı prezidentli respublika üsul-idarəsi ilə bağlı da danışıb: "Dəyişən ehtiyaclara görə zərurət yaranarsa, prezidentli respublika üsul-idarəsində dəyişikliklər edəcəyik".