Modern.az

Əli İnsanov və digər tanınmışlar Milli Şuraya qatıla bilər - AÇIQLAMA

Əli İnsanov və digər tanınmışlar Milli Şuraya qatıla bilər - AÇIQLAMA

20 İyun 2013, 11:15

Azərbaycanın keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun müxalifət qüvvələrinin birləşdiyi Milli Şuraya dəstək verməsi siyasi kəsimdə birmənalı qarşılanmayıb. Eks-nazirin vəkili Toğrul Babayev vasitəsi ilə həbsdən göndərdiyi mesaja Milli Şuranın cavabı gecikməyib.

Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev Modern.az-a açıqlamasında deyib ki, Əli İnsanovun dəstəyini Milli Şura üzvləri alqışlayıblar.

“Əli İnsanvoun Milli Şuraya dəstək olmasını müsbət qarşıladıq. Milli Şuranın üzvü olaraq mən Əli İnsnaovun bu dəstəyinə müsbət qiymət verirəm. Hesab edirəm ki, Əli İnsanov da Azərbaycan cəmiyyətində dəstəyi olan, tanınmış bir şəxsdir. Onun bu addımı cəmiyyət üçün bir mesajdır”-deyə Z.Quliyev bildirib.

Onun sözlərinə görə, Əli İnsanov Milli Şura sıralarında qatıla bilər.

“Əli İnsanaovun da Milli Şuraya qatılması mümkündür. Ümimiyyətlə Milli Şuranın yaxın günlərdə tək Əli İnsanovla bağlı deyil, digər tanınmış şəxslərlə də müraciətlərə baxılacaq”.

Qeyd edək ki, eks-nazir Əli İnsanov vəkili vasitəsi ilə həbsdən açıqlama göndərərək Milli Şurada dəstək olduğunu bəyan edib. O, deyib:

“Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram”

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama