Rusiya ombudsmanı Tatyana Moskalkova İnsan Hüquqları üzrə Milli İnstitutların Avropa Şəbəkəsindən kənarlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
Bildirilib ki, Moskalkovanın xaric edilməsi təşkilat tarixində ilk presedentdir. Bunun Rusiyanın işğalçılıq siyasətinə etiraz əlaməti daşıdığı deyilir.
Qeyd edək ki, 67 yaşlı ombudsman 2016-cı ildən bu postu tutur.