ABŞ Dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Kuleba özünün "Twitter" hesabında məlumat yayıb.
Telefon danışığı zamanı Blinken Ukraynaya dəstəyini ifadə edib.
"Ukraynanın etibarlı tərəfdaşı olan ABŞ bütün diqqətini qələbəmizi irəlilətməyə və ədalətli sülhü təmin etməyə yönəldib", - o qeyd edib.