Modern.az

Papikyan Brüssel səfərini yarıda qoydu - Təcili İrəvana qayıdır

Papikyan Brüssel səfərini yarıda qoydu - Təcili İrəvana qayıdır

Dünya

11 Aprel 2023, 21:52

Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfərini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, nazir təcili Ermənistana qayıdır. Buna səbəb Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasıdır.

 

Qeyd edək ki, Papikyan aprelin 10-da Belçikaya səfər edib. O, Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında olub.

 

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI