Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin ölümündən 21 keçir. Bu gün Milli Qəhrəmanın torpağa tapşırıldığı gündür.
Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt- Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib. 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı həlak olub, iyunun 20-də Şəhidlər Xiyabanında dəfn olunub. Həmin gün onunla birlikdə yaxın qohumları Mübariz və Araz Mirzəyev də qəhrəmancasına şəhid olublar. Ölümündən sonra Ş.Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.
Elçin MURAD