Modern.az

Dövlət Departamentinə yeni mətbuat katibi təyin olundu

Dövlət Departamentinə yeni mətbuat katibi təyin olundu

12 Aprel 2023, 07:55

Metyu Miller ABŞ Dövlət Departamentinin mətbuat katibi təyin edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Miller bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasında çalışıb, burada Ukrayna ilə bağlı təbliğat və kommunikasiyalara rəhbərlik edib. O, həmçinin ABŞ Ədliyyə Nazirliyində İctimai Əlaqələr İdarəsinin direktoru və ABŞ Baş prokuroru Erik Holderin sözçüsü olub.

 

Qeyd edək ki, Dövlət Departamentinin keçmiş sözçüsü Ned Prays martın 17-də istefa verib. Prayasa departamentin siyasi və inzibati funksiyalarına cavabdeh olan yeni vəzifə verilib. Onun müavini Vedant Patel Metyu Miller təyin olunana qədər Dövlət Departamentinin sözçüsü işləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI