Modern.az

Myanma ordusu müxalif qüvvələrə zərbələr endirdi - 100 ölü

Myanma ordusu müxalif qüvvələrə zərbələr endirdi - 100 ölü

12 Aprel 2023, 08:31

Myanma ordusu ölkənin şimalında yerləşən Sikain bölgəsindəki Paziqi kəndi yaxınlığında müxalif qüvvələrə hava hücumları təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

Agentlik hadisə şahidlərinə istinadən bildirib ki, hava hücumu kəndin yaxınlığında yeni müxalifət mərkəzinin açılış mərasimi zamanı həyata keçirilib. İnsident şahidlərinin sözlərinə görə, yerli vaxtla səhər saat 8 radələrində insanların üzərinə hava bombaları atılıb.

 

KİV-in məlumatına əsasın, hücum nəticəsində 100-ə yaxın yerli sakin həlak olub, daha 50 nəfər yaralanıb. Hadisə şahidləri qeyd ediblər ki, yaralılar və ölənlər arasında uşaqlar da var. Yaralıların və ölənlərin dəqiq sayı məlum deyil. BMT hücumu pisləyib.

 

Rusiyanın “RİA Novosti” agentliyi yazıb ki, Myanma hakimiyyəti hücumun həyata keçirildiyini təsdiqləyib. “Hərbçilər mülki şəxslərə zərər vermədən məhdud hava zərbələri endiriblər”, - açıqlamada deyilir. Hakimiyyət orqanları terrorçuların mövqelərinə aviazərbələr endirildiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI