Modern.az

Dövlət qulluqçularının işi qiymətləndiriləcək

Dövlət qulluqçularının işi qiymətləndiriləcək

20 İyun 2013, 12:06


“Bu ildən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlamaq istəyirik. Bu demək olar ki, dövlət qulluqçularının gələcəkdə inkişafına xidmət edən institut olacaq”. Modern.az xəbər verir ki, Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov deyib ki, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydaları tamamladıqlarını bildirib. “Bütün dövlət orqanlarını, beynəlxalq ekspertləri bura cəlb etmişik, onların bütün təkliflərini və rəylərini qəbul etmişik. Hal-hazırda onların emalı gedir. Biz hesab edirik ki, bir-iki aya o qaydaları təsdiq edəcəyik və o qaydalarda bu prosedurun kim tərəfindən, hansı meyarlar üzrə aparılacağı və s. qeyd edilib. Artıq biz dövlət orqanlarının nümayəndələri üçün bir çox təlimlər keçmişik ki, gələcəkdə həmin qaydaların tətbiqinə başlayanda böyük problemlə qarşılaşmayaq”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama