Modern.az

Ermənistanda yeni ombudsman seçildi

Ermənistanda yeni ombudsman seçildi

Dünya

12 Aprel 2023, 10:14

Ermənistan parlamentində yeni ombudsman seçilib.

 

Modern.az xəbər verir ki, Anahit Manasyan 69 deputatın səsi ilə bu vəzifəyə təyin edilib.

 

Onun namizədliyi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası tərəfindən irəli sürülüb. Müxalifət səsvermədə iştirak etməyib.

 

Qeyd edək ki, bundan əvvəlki ombudsman Kristine Qriqoryan 24 yanvar 2023-cü ildə istefa verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI