Millət İttifaqının namizədi Kemal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, görüş CHP binasında baş tutub.
Bildirilir ki, görüş zamanı seçkilərlə bağlı müzakirələr və əməkdaşlıqlar müzakirə edilib.
***
10:34
Türkiyə prezidenti postu uğrunda yarışan iki namizəd bu gün görüş keçirəcək.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Millət İttifaqının namizədi Kemal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan CHP binasında görüşəcəklər.
Görüş zamanı seçkilərlə bağlı bir sıra məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Prezident seçkilərində 4 namizəd iştirak edəcək. Bunlar Rəcəb Tayyib Ərdoğan, Kemal Kılıçdaroğlu, Muharrem İnce və Sinan Oğandır.