Ermənistan parlamentinin müxalif deputatları ötən gün silahlı toqquşmanın baş verdiyi əraziyə gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Hayastan" fraksiyasının deputatlarının Gorus rayonunun Dığ yaşayış məntəqəsinə səfər etdiyi bildirilib. Deputatların sərhəd bölgəsində hərbçilərlə görüşü gözlənilir.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən 3 hərbçimiz şəhid olub.