Modern.az

Vardanyanı döyən deputata cinayət işi açılacaq

Vardanyanı döyən deputata cinayət işi açılacaq

Dünya

12 Aprel 2023, 11:58

Ermənistan parlamenti 65 lehinə səslə baş prokurorun deputat Mher Saakyana qarşı cinayət işinin başlanması ilə bağlı müraciətini təsdiqləyib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, deputatın toxunulmazlığından məhrum edilməsi məsələsi müzakirə olunmayıb.

 

Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, bunun üçün yeni vəsatətin müzakirəsi və qəbulu tələb olunur.

 

Qeyd edək ki, martın 31-də parlamentdə müxalifət nümayəndəsi Mher Saakyan ilə deputat Vladimir Vardanyan arasında insident yaşanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI