Modern.az

Ukraynalıların başının kəsildiyi deyilən videolar yayılıb

Ukraynalıların başının kəsildiyi deyilən videolar yayılıb

12 Aprel 2023, 12:05

CNN Ukrayna əsgərlərinin başlarının kəsildiyi iddia edilən 2 videonu üzə çıxarıb.

 

Modern.az xəbər verir ki, mətbuat orqanı hər 2 videonun çəkildiyi yeri müstəqil olaraq yoxlaya bilməyib.

 

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak şok görüntülərə belə reaksiya verib: “Hər şeyin cavabı və məsuliyyəti olacaq. Ukraynalı döyüşçünün başının kəsildiyi video qorxu yaymaq üçün ictimaiyyətə açıqlanıb".

 

"Bu, Rusiya adlı terrorçu ölkənin bütün mahiyyətini nümayiş etdirir", - Ukrayna Prezident Ofisi rəhbərinin kommunikasiyalar üzrə müşaviri Daria Zarina deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI