Modern.az

Sabir Rüstəmxanlı vahid namizəddən DANIŞDI: “Qız evində toydur, bəy evinin isə xəbəri yoxdur”

Sabir Rüstəmxanlı vahid namizəddən DANIŞDI: “Qız evində toydur, bəy evinin isə xəbəri yoxdur”

Ölkə

20 İyun 2013, 12:37

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir rüstəmxanlı rəhbəri olduğu partiyanın prezident seçkilərində Milli Şuranın vahid namizədinə, ola bilsin ki, Rüstəm İbrahimbəyova dəstək verəcəyi haqda söz-söhbətlərə aydınlıq gətirib. VHP sədri Modern.az-a açıqlamasında bu məsələnin partiyada müzakirə olunacağını bildirib.  

“Bu məsələ bizim partiyada hələ müzakirə olunmayıb. Sadəcə olaraq onu deyə bilərəm ki, biz bunu müzakirə edəcəyik.  Bizim partiya üzvlərinin Milli Şuraya getməsində istəmişik ki, demokratik düşərgədə bir bütövlük yarana bilsin. Milli Şuraya biz bu niyyətlə getmişik. Bizim nümayəndələrimiz ayrı-ayrılıqda nəsə deyə bilərlər, amma lazım olsa partiya olaraq ümumi qərarımızı açıqlayacağıq”-deyə deputat vurğulayıb.

S.Rüstəmxalı daha sonra VHP-nin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib-dəstəkləməyəcəyi haqda sualımıza belə cavab verib:

“Biz əvvəl bildirmişdik ki, bizim öz namizədimiz olacaq. Hər halda mənim ümumi təsəvvürüm belədir ki, biz bu məsələdə çox geri qalmışıq. Milli Şuranın bu qısa zamanda hansısa qərara gələcəyinə inanmıram. Ümumi birliyə dəstək də verməyə hazırıq. Təki bu birlik olsun.

Çoxlu variantlar var. Bunlar hamısı bir-birindən aslı məsələlərdir. Bunların hamısı hələ söz olaraq qalır. Bu “Qiz evində toydur, bəy evinin xəbəri yoxdur” məsələSinə bənzəyir. Qeyd edim ki, ümumi qərara gəlsələr, razılaşsalar, biz də öz mövqeyimizi bildirəcəyik”.

Qeyd edək ki, VHP-nin Ali Məclisinin sədri Rafiq Manaflı mətbuata verdiyi açıqlamalarında prezident seçkilərində təmsil etdiyi partiyanın AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin müdaifə etdiyi namizədi dəstəkləyəcəklərini açıqlamışdı. R.Manafovun çıxışından belə görünür ki,  VHP Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi olarsa onuu dəstəkləyəcək.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi