Modern.az

“Lalə Şövkətlə Rüstəm İbrahimbəyov 60-70-ci illərdən tanışdırlar” - ƏKS-SƏDA

“Lalə Şövkətlə Rüstəm İbrahimbəyov 60-70-ci illərdən tanışdırlar” - ƏKS-SƏDA

20 İyun 2013, 13:47

“Lalə Şövkətlə Rüstəm İbrahimbəyov arasında Milli Şura ilə bağlı müəyyən danışıqlar olub”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. Danışıqların detalları barədə danışmaq istəməyən partiya sədri onu da əlavə edib ki, Lalə Şövkətlə Rüstəm İbrahimbəyov çoxdandır bir-birlərini şəxsən tanıyır.

“Onlar 60-70-ci illərdən tanışdırlar. Lalə xanımla Rüstəm İbrahimbəyovun tanışlığı siyasətlə əlaqəli olmayıb”-deyə o, vurğulayıb.

ALP sədri Milli Şuranın Rusiya proyekti olması ilə bağlı səslənən ittihamları isə belə cavablandırıb:
“Milli Şura Azərbaycan xalqının sosial sifarişidir. Bunu o sübut edir ki, xalq Milli Şuranı qəbul edir”-deyə bildirib.

Aqşin KƏRİMOV  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama