"Hərbi forma geyinmək tənzimlənməlidir".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, formada mitinq və nümayişlərdə iştirak etmək, o cümlədən sosial şəbəkələr vasitəsilə siyasi bəyanatlar yaymaq mümkün olmayacaq.
Müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan isə əlavə edib ki hərbi geyimlərin sərbəst satışı da qadağan edilməlidir, çünki onun kimin əlinə keçəcəyinə heç bir zəmanət yoxdur.