Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.
“COVID-19 testim müsbət çıxdı. Təəssüf ki, buna görə də Çinə səfərimi təxirə salmalı olacağam”, - Borel bildirib.
O, özünü yaxşı hiss etdiyini söyləyib.
I have tested positive for covid-19 and therefore unfortunately will need to postpone my visit to China.
— Josep Borrell Fontelles (@JosepBorrellF) April 12, 2023
I am feeling well and have no symptoms.