Modern.az

Moskva Ankara ilə İrəvan arasında dialoqun tərəfdarıdır - Zaxarova

Moskva Ankara ilə İrəvan arasında dialoqun tərəfdarıdır - Zaxarova

Dünya

12 Aprel 2023, 16:02

"Türkiyə-Ermənistan normallaşması ilə bağlı proses hələ başa çatmayıb, diplomatiya bu istiqamətdə çox işləməyi bacarmalıdır".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistan-Türkiyə münasibətlərinin normallaşması haqqında danışarkən deyib.

 

"Moskva Ankara ilə İrəvan arasında qarşılıqlı hörmət əsasında dialoqun bərpasının tərəfdarıdır. Belə bir yumşalma regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verəcək və uzunmüddətli sabitliyin bərqərar olmasına mühüm səbəb olacaq", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI