"İrəvandakılar hazır olan kimi biz əsaslı işə qayıda biləcəyik".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova KTMT missiyasının Ermənistanda yerləşdirilməsi haqqında deyib.
Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrova da istinad edərək xatırladıb ki, Rusiya tərəfi Ermənistanın KTMT sülhməramlılarını qəbul etməkdə maraqlı olmasından razıdır.
"İrəvandakılar hazır olan kimi Rusiya Federasiyası KTMT missiyasının Ermənistanda yerləşdirilməsinin konkret metodunu, detallarını və aspektlərini müzakirə ilə əlaqədar əsaslı işə qayıda biləcək. Vaxta gəlincə, bu sual İrəvan üçündür, çünki missiya Ermənistan ərazisində fəaliyyət göstərəcək", - Zaxarova əlavə edib.