“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi münasibətilə Azərbaycan ordusunun Azadlıq Meydanında keçiriləcək hərbi paradı barədə geniş açıqlama veriləcək”.
Bunu Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevə bildirib. O, hərbi paradı izləmək üçün paytaxt sakinlərinin əraziyə buraxılıb-buraxılmayacağına da həmin açıqlamada aydınlıq gətiriləcəyini söyləyib.
Paradla əlaqədar bu gün paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykəb Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub və istiqamət dəyişdirilib.
Vüqar İsmayılov