Modern.az

İqbal Ağazadənin Milli Şura müəmması

İqbal Ağazadənin Milli Şura müəmması

20 İyun 2013, 14:08


“Milli Şuraya vahid namizədin seçilməsi məsələsində hər kəsin düzgün qərarı var və bunu hər kəs özü müəyyən edir”. Bunu Modern.az-a Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib.

“Mənim bütövlükdə Milli Şuraya münasibətim isə bəllidir. Mənə dəvət gəlib, lakin mən o dəvətdən imtina etmişəm. Bundan artıq deyə biləcəyim bir şey yoxdur. Vahid namizədin sonda kim olacağını  da deyə bilmərəm. Daha doğrusu, mən hardan bilim?!”   

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə və müttəfiqi ADP sədri Sərdar Cəlaloğlu da müxalifət liderlərinin cəmləşdiyi Milli Şurada təmsil olunmurlar.                                                                                                      

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama