Fevralın ayının əvvəlində episentri Türkiyənin Kahramanmaraş vilayətində yerləşən, təsiri ümumilikdə 10 vilayəti əhatə edən iki dağıdıcı zəlzələdən ən çox ziyan görmüş bölgələrdən biri Hataydır.
Türkiyə mətbuatı zəlzələ zamanı minlərlə insanın həlak olduğu şəhərin yeni görüntülərini lentə alıb.
Modern.az Hatayın hazırkı mənzərəsinin fotolarını təqdim edir:
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.