Müharibə səbəbindən Polşaya gedən ukraynalıların 38%-i geri qayıtmağı planlaşdırmır.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə “Gremi Personal” beynəlxalq agentliyi tərəfindən aparılan sosioloji sorğunun nəticələrində qeyd olunub.
Belə ki, respondentlərin 55%-i qayıdacağını söyləsə də, 38%-i qayıtmağı planlaşdırmır, 7%-i isə Polşadan başqa ölkəyə köçmək istəyir.
Bildirilib ki, 2022-ci ilin sentyabr ayının sorğusu ilə müqayisədə xaricdə qalmaq istəyənlərin sayı artıb. Həmin vaxt ukraynalıların 17%-i geri qayıtmağı planlaşdırmırdı.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.