Modern.az

İkili vətəndaşlıq: Azərbaycan bu səddi niyə aşa bilmir? - Rəylər

İkili vətəndaşlıq: Azərbaycan bu səddi niyə aşa bilmir? - Rəylər

20 İyun 2013, 15:10
 

  “Azərbaycanda ikili vətəndaşlıq məsələsi öz həllini tapmasa da, 800 minə qədər Azərbaycan vətəndaşı xarici, əsasən Rusiya pasportuna malikdir”. Bunu Modern.az-a deyən Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, “Vətəndaşlıq haqqında” qanun da Azərbaycan vətəndaşlığına qəbul olunan şəxsdən əvvəl vətəndaşı olduğu ölkənin vətəndaşlığından çıxmağı tələb etmir.

“Amma ikili vətəndaşlıq məsələləri qanunla tənzimlənməlidir. Bu baxımdan ikili vətəndaşlığın qəbul olunması normaldır. Məsələn, Azərbaycan ən azından Gürcüstan azərbaycanlılarına münasibətdə ikili vətəndaşlığı qəbul edərsə, bu normal olar. Gürcüstan azərbaycanlıları həm Azərbaycanın əmək bazarına daxil olar, həm də Azərbaycan vətəndaşı ola bilərlər. Bu da onların problemini birdəfəlik həll edər. O cümlədən Rusiya və başqa ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının həmin ölkələrin siyasi həyatında normal fəaliyyəti təmin edilər”.

Əlövsət Əliyev onu da əlavə edib ki, “Vətəndaşlıq haqqında” Avropa Konvensiyası var: “Azərbaycan o konvensiyaya qoşulmayıb. Həmin konvensiyanın tələblərində ikili vətəndaşlığı olan insanların hərbi mükəlləfiyyət məsələlərinin tam həlli əks olunub. Ona görə də əgər Azərbaycan ikili vətəndaşlıq haqqında qanun qəbul etsə, yəqin, Avropa Konvensiyasına da qoşulacaq ki, hərbi mükəlləfiyyətlə bağlı məsələləri həll edə bilsin”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə isə bildirdi ki, ikili vətəndaşlıq haqqında qanunun qəbul olunması Azərbaycan üçün hələ ki, mümkün deyil.
“Müəyyən səbəblərə görə, Azərbaycan ikili vətəndaşlığı qəbul etmir”.

Gültəkin Ələsgər
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama