Modern.az

“Space” telekanalındakı kütləvi istefalarla bağlı AÇIQLAMA

“Space” telekanalındakı kütləvi istefalarla bağlı AÇIQLAMA

20 İyun 2013, 15:17

“Space” telekanalında kütləvi istefalarla bağlı məlumatlar yayılıb. Artıq 20 nəfərə yaxın televiziya işçisinin işdən çıxması ilə bağlı ərizələri Vaqif Mustafayevə təqdim etdikləri də bildirilir.

“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə Modern.az-a telekanaldakı istefaların yalan olduğunu deyib.  

“Bunu sizdən eşidirəm, belə bir şey yoxdur. Bu dəqiqə telekanalın musiqi  şöbəsində iclasdayıq. Hamı işinin başındadır. İstefalarla bağlı məlumatlar isə yalandır”-deyə Kamil Şahverdiyev bildirib.  

Gültəkin Ələsgər    
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama