Modern.az

Rusiya 333 kanadalını "qara siyahı"ya saldı

Rusiya 333 kanadalını

Dünya

12 Aprel 2023, 23:50

Rusiya 333 Kanada vətəndaşına sanksiya tətbiq edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Siyahıda Kanadanın qubernatoru general Meri Saymon, regional parlamentlərin 250-dən çox üzvü və 2024-cü il olimpiadasında rusiyalı idmançıların yarışmasına qadağa qoyulmasını dəstəkləyən kanadalı idmançılar yer alıb.

 

Sanksiya tətbiq edilən şəxslərin Rusiyaya daxil olması qadağan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI