Modern.az

“Beşiktaş” “Atletiko”ya qalib gəldi

“Beşiktaş” “Atletiko”ya qalib gəldi

İdman

13 Aprel 2023, 00:45

Türkiyədə "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Vodofon Park" stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar. Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

 

Xatırladaq ki, bir müddət əvvəl "Qarabağ" Bakıda Türkiyənin "Qalatasaray" komandası ilə xeyriyyə matçı (1:2) keçirib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?