Modern.az

Avropa Çempionatı Türkiyədə keçirilə bilər

Avropa Çempionatı Türkiyədə keçirilə bilər

İdman

13 Aprel 2023, 07:54

Türkiyə futbol üzrə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün rəsmi namizəd olub.

 

Modern.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası artıq namizədlik sənədini UEFA-ya göndərib.

 

Daha əvvəl “Avro-2028” üçün Böyük Britaniya, İrlandiya, Şotlandiya, Uels, “Avro-2032” üçün isə İtaliya namizədliyini irəli sürmüşdü.

 

Məlumata görə, yaxın aylarda UEFA administrasiyası hər bir müraciətə baxacaq və UEFA İcraiyyə Komitəsi oktyabrda hər iki turnirə ev sahibliyi etmək hüququna dair səs verəcək.

 

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?