Modern.az

Konfrans Liqasında 1/4 finala start verilir

Konfrans Liqasında 1/4 finala start verilir

İdman

13 Aprel 2023, 08:14

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, açılış matçında turnirin pley-offunda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i İngiltərənin "Vest Hem" klubunu sınağa çəkəcək.

 

Bunda başqa, Polşa "Lex"i İtaliya "Fiorentina"sını, Niderlandın "AZ Alkmaar" komandası Belçika "Anderlext"ini, İsveçrə "Bazel"i isə Fransanın "Nitsa" kollektivini qəbul edəcək.

 

UEFA Konfrans Liqası
1/4 final
13 aprel

 

"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)

"AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

 

Qeyd edək ki, bu raundun cavab görüşləri aprelin 20-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?