Modern.az

Komissiya: Dövlət qulluğuna sənəd verənlər arasında qadınlar 30 faizi keçmir

Komissiya: Dövlət qulluğuna sənəd verənlər arasında qadınlar 30 faizi keçmir

20 İyun 2013, 15:40



“Əsas məqsədimiz dövlət qulluğunda potensiallı kadrlardan istifadə etmək, günün tələblərinə uyğun kadrları, xüsusilə gəncləri dövlət qulluğuna cəlb etməkdir”. Bu sözləri Modern.az-a açıqlamasında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn deyib. O qeyd edib ki, komissiya tərəfindən həyata keçirilən müsabiqə və müsahibələrdə 80 faizdən artıq gənclər iştirak edir.

A. Hüseyn sənəd verənlər arasında kişilərin qadınlardan çox olması məsələsinə də toxunub. “Əsas məsələ sənəd vermədən başlayır. Sənəd verənlərin sırasında artıq 26,6 faizdən yüksəyi qadınlardır. Sənəd vermək prosesinə qadınların cəlb edilməsinə diqqəti artırmaq fikrindəyik. Ancaq seçim hər iki cins üçün eyni formadadır. Burada əsas intellektə üstünlük verilir. İntelektual səviyyələri, bilik bacarıqları yüksək olan gənc-istər qadın, istər kişi dövlət qulluğunda müsabiqədən keçərək vakant vəzifələrə qəbul olunması üçün şərait yaradılır”.

Komissiyanın şöbə müdiri qadınların dövlət qulluğuna sənəd verənlər arasında azlıq təşkil etməsi ilə bağlı araşdırmalar aparıldığını bildirib. “Dövlət qulluğunda zəmanətlər və sosial təminatlar yüksək olsa da iş prosesi qadınların, xüsusilə cavanlar arasında ailə qurmaq məsələsində müəyyən problemlər yaradır. Əsas məsələlərdən biri iş vaxtının saat 9-dan 6-ya qədər olması bir qədər qadınlar üçün bəzən müzakirə obyektinə çevrilir. Amma şərt etibarı ilə burada heç bir baryer yoxdur. Dövlət qulluğunda gənclərin, əsasən potensiallı gənclərin, yəni cinsindən asılı olmayaraq cəlb edilməsi üzərində siyasətimizi qururuq"  – deyə Afaq Hüseyn vurğulayıb.  

Aytən ƏLİYEVA
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama