Modern.az

Rusiya Ukraynada daha 540 hərbçisini itirdi

Rusiya Ukraynada daha 540 hərbçisini itirdi

Dünya

13 Aprel 2023, 09:36

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 540 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 180 590 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 zirehli döyüş maşını, 7 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi