Modern.az

“Hicab məhbusları”nın ailə üzvləri mətbuat konfransı keçirdi

“Hicab məhbusları”nın ailə üzvləri mətbuat konfransı keçirdi

20 İyun 2013, 16:25

Modern.az xəbər verir ki, Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Hicab məhbusları”nın ailələrinin təşkilatçılığı ilə dindarların pozulmuş hüquqları və problemin həlli yollarına dair  konfrans keçirilib. Konfransda hicab məhbuslarının ailə üzvləri ilə yanaşı, ölkənin aktiv ictimai fəaliyyətdə olan xanımları, QHT nümayəndələri, hüquq müdafiəçiləri, media mənsubları iştirak ediblər.

Tədbirdə çıxış edən “hicab məhbusları”nın ailə üzvləri ölkədə insan hüquqlarının bir parçası olan vətəndaşların inanclarına uyğun yaşaya bilmək haqqında mövcud vəziyyətdən ətraflı bəhs edib və bu sahədə müşahidə olunan problemlərin təfsilatını veriblər. Mövzu ilə bağlı fikirlərini bildirən konfrans iştirakçıları Azərbaycanın inanclı xanımlarının  qarşılaşdığı problemlərini müxtəlif aspektlərdən dəyərləndirərək fikir və təkliflərini irəli sürüblər. Azərbaycanda insan hüquqlarının tərkib hissəsi kimi, xüsusən hicablı xanımlara qarşı ayrı-seçkilik edilməsi, dini dəyərlərə, tolerantlığa, düzgün olmayan münasibətindən olduğunu bildiriblər.

 

 

  Elçin MURAD  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama