Modern.az

Tanınmış siyasətçi İncenin partiyasını tərk etdi: CHP-yə, yuvama dönürəm

Tanınmış siyasətçi İncenin partiyasını tərk etdi: CHP-yə, yuvama dönürəm

Dünya

13 Aprel 2023, 12:58

Türkiyədə Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının qurucu üzvlərindən biri, sabiq deputat Qaye Usluer CHP-yə geri qayıdıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muharrem İncenin partiyasından 2022-ci ildə istefa verən Usluer atdığı addımı belə xarakterizə edib:

 

"CHP-yə, Yuvama dönürəm".

 

Qeyd edək ki, Q.Usluer dünən CHP sədri Kemal Kılıçdaroğlu ilə görüşmüşdü. O, 2015-ci il seçkilərində CHP-dən Eskişehirin deputatı seçilmişdi. O, 2021-ci ildə CHP-dən istefa vermiş və Məmləkət Partiyasının qurucularından biri olmuşdu. Bir müddət partiyanın sözçüsü olan Usluer ötən ilin iyununda İncenin partiyasından istefa vermişdi.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI