“Ermənistana yardım edən, onu müdafiə edən beynəlxalq təşkilatlarda da artıq belə fikir formalaşıb ki, bu problemin həllinə nail olmaq lazımdır”. Modern.az xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün keçirilən təbirdə deyib. Onun sözlərinə görə, əgər dünyanın ən böyük 8 ölkəsinin rəhbərləri toplanıb dünyanın qlobal problemlərinin müzakirə edərkən, onun həlli yollarını axtararkən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirirlərsə deməli bu çox ciddi problemdir. “Həmsədr dövlətlərin prezidentləri, rəhbərləri ABŞ, Rusiya, Fransa rəhbərləri bəyanat qəbul edirsə, o tədbirlərdə ki, dünyanın ən qlobal problemləri həll olunur, orada da bu problemə diqqət yetirilirsə, bu bir daha onu göstərir ki, bu çox ciddi problemdir. Cənab prezident dəfələrlə qeyd edib ki, bu dünyəvi problemdir, bu dünya üçün fəlakətdir, ona görə oradakı müzakirələr cənab prezidentin dediklərinin öz əksini tapması kimi qiymətləndirmək olar. Nəhayət demək olar ki, dünya ölkələri, xüsusilə həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, bu problemin həlli tapılmasa, qısa müddətə həll olunmasa, bu dünyəvi bir fəlakətə və dünya üçün çox qorxulu bir problemə çevrilə bilər”.
Azərbaycanın işğal olunmuş ərazilərinin beynəlxalq narkotik ticarətində tranzit marşrut kimi istifadə olunmasından danışam Əli Həsənov qeyd edib ki, o, ərazilərdə terror qruplar formalaşdırılıb dünyanın müxtəlif konflikt zonalarına göndərilir: “ Həmin ərazilərdə narkotik əkilir, becərilir, satılır. Əfqan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib. O ərazilərdə terror qruplar formalaşdırılıb dünyanın müxtəlif konflikt zonalarına göndərilir. Bundan müəyyən vəsait qazanırlar. Bu yaxınlarda bizim Milli Təhlükəsizlik Nazirliyi narkotikləri daşıyan bir neçə şəxsi saxlayıblar. Onlar özləri etiraf ediblər ki, bu orada əkilib, becərilən narkotikdir. Bu bir daha onu göstərir ki, 1998-ci ildən Azərbaycan prezidenti, hökuməti bu problemi beynəlxalq tədbirlərdə qaldırıblar. Bu bir daha onu göstərir ki, dünyanın özündə də bu cür faktlara da haradasa biganəlik var. Bu biganəlik özü də gələcəkdə həmin dövlətlərin özü üçün ciddi bir problemlərə gətirib çıxara bilər”.
Bununla bağlı BMT-nin narkotiklərə məşğul olan idarəsinə bu yaxınlarda yenə də müraciət göndəriləcəyini deyən Əli Həsənov bildirib ki, nəhayət ki, bu müraciətimizə diqqət yetiriləcək. “Həmin müraciətimizdə qeyd edəcəyik ki, orada monitorinq aparılsın və birdəfəlik bu BMT-nin sənədlərində öz əksini tapsın. Bu gün ölkədə olan 1 milyon 200 min qaçqına səbir diləyirəm, hesab edirəm ki, Azərbaycan Prezidenti bu problemin həllinə nail olacaq. Onlar ağır şəraitlərdə yaşayıblar. Azərbaycan hökuməti çalışır ki, müvəqqətidə olsa, qaçqınlar öz yurdlarına qayıdana kimi onların həyat şəraiti yaxşılaşdırılsın, rahat mənzillərdə yaşasınlar. Hesab edirik ki, bu mütləq baş verəcək”.
Gültəkin Ələsgər