Modern.az

Mingəçevir şəhərində gənclər üçün beyin mərkəzi yaradılır

Mingəçevir şəhərində gənclər üçün beyin mərkəzi yaradılır

20 İyun 2013, 17:44

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi regionlarda gənclərin iştirakı ilə beyin mərkəzlərinin yaradılmasına başlayıb. Bu məqsədlə Mingəçevir şəhərində növbəti təlim proqramına start verilib.   

Təlimlər əsasən gənclərin analiz və təhlil etmək bacarığının inkişaf etdirilməsinə, onların baş verən ictimai-siyasi hadisələrə düzgün qiymət verməsinin təşviq olunmasına və gənclərin təşəbbüskarlığının artırılmasına yönəldilib.

Mingəçevir şəhəri ilə yanaşı, Gəncə, Ağcabədi və Hacıqabulda da təlim proqramları davam etdirilir.

Layihənin əlaqələndiricisi Qızılgül Teyyubovanın verdiyi məlumata görə, yay mövsümü olmasına baxmayaraq, gənclər təşkil edilən təlimlərdə həvəslə iştirak edir və onlar üçün yaradılan imkanlardan səmərəli şəkildə bəhrələnirlər. Gələcəkdə bu mərkəzlər vasitəsilə gənclərimizin xarici ölkələrdəki beyin mərkəzlərinə tanışlıq səfərlərinin həyata keçirilməsi də nəzərdə  tutulur.


Modern.az

 

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama