“Məqsədimiz regionda davamlı sülhün bərqərar olmasına töhfə verməkdir”.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT sədri Buyar Osmani Ermənistan parlamentindəki iclasda deyib.
ATƏT PA-nın Ermənistan nümayəndə heyəti ilə söhbəti zamanı o, ATƏT-ə sədrliyi dövründə də bu prosesdə müsbət addımların atılacağına dair gözləntilərini ifadə edib.